CƏMİYYƏT


Azərbaycanlı alimin beş məqaləsi xarici jurnallarda dərc olunub

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin ağız və üz çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Məhəmməd Davudovun son bir ildə ABŞ, Britaniya, Kanada, İran, Cənub Şərqi Asiya və Avstraliya Xərçəng Cəmiyyətinin rəsmi beynəlxalq elmi jurnallarında beş məqaləsi çap edilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məqalələr alimin Tehran Tibb Elmləri Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən aparılan elmi tədqiqat işini əhatə edir. Elmi məqalələr əsasən ağız xərçəngi olan xəstələrdə həyat keyfiyyətinin öyrənilməsinə, eləcə də ağız xərçənginin cərrahi müalicəsində tətbiq edilən müxtəlif plastik rekonstruktiv əməliyyatların nəticələrinin qiymətləndirilməsinə həsr edilib.

Qeyd edək ki, ağız xərçəngi olan xəstələrdə həyat keyfiyyətinin qiymətləndirilməsi üçün Avropa Xərçəng Tədqiqatı və Müalicəsi Cəmiyyətinin tətbiq etdiyi sorğu anketləri ilk dəfə Azərbaycan dilində hazırlanaraq cəmiyyət tərəfindən rəsmi olaraq təsdiq edilib. Həkim-cərrah Məhəmməd Davudov həmin cəmiyyət tərəfindən müəlliflik şəhadətnaməsi də alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.