ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin elmi tədqiqatı “Thomson Reuters”da

Bakı, 13 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədovun elmi məqaləsi “Thomson Reuters” agentliyinin “Emerging Source Citation Index” bazasına daxil olan jurnalda yer alıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Ukrainian Journal of Ecology” jurnalında dərc olunan tədqiqat işi “Mənzil bazarında qiymətlərin korrelyasiya-reqressiya metodları ilə proqnozlaşdırılması” mövzusunda olub. UNEC-in alimi məqаlədə mənzil bazarında fəaliyyətin müsbət dinamikasını təhlil edib, əmlak xidmətlərinin həcminin artırılması və keyfiyyətinin yüksəldilməsinin vacibliyini göstərib. Aparılan korrelyasiya-reqressiya təhlili, müxtəlif amillər arasındakı məhsuldarlıq xarakteristikaları, əlaqə yaxınlığı ilkin və təkrar bazarlarda qiymətləndirməyə və əmlak xidmətləri bazarında baş verən prosesləri modelləşdirməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.