ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin kitabı Londonda çapdan çıxıb

Bakı, 23 fevral, AZƏRTAC 

Bakı Dövlət Universitetinin (BDU) ingilis dili kafedrasının müdiri, professor Abbas Abbasovun (Abbas Qurbanoğlu) “İngiliscə–rusca və azərbaycanca aforizmlər” kitabı Londonda nəşr olunub.

AZƏRTAC xəbər verir ki, kitab hər üç dilin materialları əsasında hazırlanıb. Nəşrdə ingilis dilində atalar sözləri, deyimlər, məsəllər, frazeoloji vahidlərin rus və Azərbaycan dillərində düzgün adekvatı, çoxsaylı sinonim variantları da verilib. Toplu elə tərtib olunub ki, bundan istifadə edən mütəxəssis, yaxud adi oxucu istədiyi bir deyimi öz yerində asanlıqla tapıb ondan yararlana bilər.

Qeyd edək ki, alimin kitabları Azərbaycanla yanaşı, ABŞ-da və Rusiyada çapdan çıxıb. Müəllifin gərgin elmi fəaliyyəti nəticəsində onun bir neçə dərsliyi, dərs vəsaiti, monoqrafiyası və müxtəlif sahə terminləri lüğətləri də nəşr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.