ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin kitabı Tbilisidə gürcü dilində çapdan çıxıb

Tbilisi, 29 noyabr, AZƏRTAC

Azərbaycanlı alim, iqtisad elmləri doktoru, aqrar sahə ilə bağlı çoxlu sayda məqalələrin və sanballı əsərlərin müəllifi Sadıq Salahovun “Yeni iqtisadi şəraitdə Azərbaycanın aqrar sahəsinin inkişaf prioritetləri” kitabı Tbilisidə gürcü dilində nəşr olunub.

AZƏRTAC xəbər verir ki, kitabda ulu öndər Heydər Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı fikirləri, eləcə də aqrar sahənin genişləndirilməsi, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, torpaq mülkiyyətçiləri və fermer təsərrüfatlarına dövlət dəstəyi ilə bağlı Azərbaycan Prezidentinin fərman və sərəncamları, tövsiyə və tapşırıqları təhlil olunub.

Bununla yanaşı, Azərbaycanın münbit coğrafi şəraiti, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf tendensiyaları və perspektivləri rəqəmlərin dili ilə oxuculara çatdırılır.

Müəllif bildirir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda aqrar sahə sürətlə inkişaf edir. Ölkəmizin təşəbbüsü ilə regionda reallaşan irimiqyaslı layihələr də bu sahənin inkişafı üçün yeni imkanlar açır.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsindən, xüsusən də aqrar sahənin inkişafına dövlət dəstəyi və bu sahədə əldə olunan nailiyyətlərdən bəhs edən kitabın tərcüməçisi və redaktoru Avtandil Kapanadzedir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.