ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Bakı, 4 avqust, AZƏRTAC

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu məqalə “The Lancet Global Health” beynəlxalq jurnalında dərc olunub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, “Aşağı və orta gəlirli ölkələrdə oral rehidratasiya terapiyasının əhatə dairəsində coğrafi bərabərsizliklərin xəritələşdirilməsi: 2000–2017” adlı məqalədə müvafiq ölkələrdə 5 yaşadək uşaqlar arasında ölümü azaltmaq üçün fiziki-kimyəvi amil kimi müxtəlif məhlulların müqayisəli təsiri araşdırılıb.

Qeyd edək ki, “The Lancet Global Health” tibb sahəsində dünyanın nüfuzlu nəşrlərdən sayılır. Jurnalın impakt faktoru 21.597-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.