ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin məruzəsi beynəlxalq indeksli jurnala çapa qəbul olunub
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyeva ECLSS org.konfrans təşkilatının Təhsil və Sosial Tədqiqatlar üzrə Beynəlxalq Avrasiya Konfransında (IECES 2021) “Heydər Əliyev siyasi kursunun təntənəsi: Böyük inamın təsdiqi” mövzusunda məruzə ilə çıxış edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, alimin məruzə üzrə təqdim etdiyi geniş məqalə beynəlxalq indeksli jurnala çapa qəbul olunub.
Məruzədə Azərbaycanın 27 il erməni işğalı altında olan torpaqlarının 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun rəşadəti ilə azad olunmasından, bu Zəfərin tarixi yolundan, ulu öndər Heydər Əliyevin bu yolda müstəsna xidmətlərindən bəhs edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]