ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin məruzəsi beynəlxalq konfransın diplomuna layiq görülüb

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov Ukraynanın Yaremçe şəhərində “Orqanizmlərin eksperimental təkamülünün amilləri” mövzusunda keçirilən XIII beynəlxalq konfransda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ukrayna Milli Elmlər Akademiyasının yaradılmasının 100 illiyinə həsr olunan konfransda genetika və seleksiya sahəsində çalışan tanınmış alimlərin məruzələri dinlənilib. İ.Əzizovun “Natrium xlorid duzunun yumşaq buğda genotiplərinin morfoloji xüsusiyyətlərinə təsiri” mövzusunda məruzəsi konfransda təşkil olunan komissiya tərəfindən yüksək qiymətləndirilib və diploma layiq görülüb.

Qeyd edək ki, İ.Əzizov Ukraynanın “Genetiklər və seleksiyaçılar” və “Radiobiologiya” cəmiyyətlərinin, həmin cəmiyyətlərin konfranslarının təşkilat komitəsinin, “Orqanizmlərin eksperimental təkamülünün amilləri” və “Vestnik” jurnallarının redaksiya heyətinin üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.