ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin monoqrafiyası Almaniyada nəşr edilib

Bakı, 28 fevral, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzəri mexanika kafedrasının professoru, texnika elmləri doktoru Sabir Quliyevin Almaniyada monoqrafiyası ingilis dilində nəşr olunub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, “Lambert” akademik nəşriyyatında çap olunan kitab “Mürəkkəb həndəsəyə malik konturların konform inikas funksiyaları” adlanır.

Kitabda kompleks ədədlər, kompleks dəyişən funksiyalar və konform inikas funksiyalar haqqında əsas məlumatlar şərh olunur. Monoqrafiyaya, həmçinin elm aləmində ilk dəfə professor Sabir Quliyev tərəfindən tapılan bir çox konform inikas funksiyalar da daxil edilib. Kitabın son bölməsində, konform inikas funksiyaları üzərində aparılan bir çox riyazi əməllər verilib.

Kitab, ali məktəb tələbələri, aspirantlar, həmçinin elmi və texniki işçilər üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.