ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin monoqrafiyası Ukraynada çap olunub

Bakı, 11 aprel, AZƏRTAC

AMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Əntiqə Paşayevanın “Hüququn fəlsəfəsi” monoqrafiyası Ukraynanın “Sobornost” nəşriyyatında rus dilində çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada hüququn fəlsəfəsi və hüquq elmi, o cümlədən hüquq və dövlət, hüquq və əxlaq, hüquq və siyasət, hüquq və din, hüquq və mədəniyyət mövzuları tədqiq olunub. Müəllif bunların arasında olan oxşar və fərqli cəhətləri hüquqşünas filosofların nəzəriyyəsinə əsasən həm fəlsəfi, həm də hüquqi aspektdə araşdırıb.

Monoqrafiyaya Ukrayna və Polşadan olan alimlər rəy veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.