ELM VƏ TƏHSİL


Azərbaycanlı alimlər Gürcüstan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə mükafata layiq görülüblər

Bakı, 24 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) alimləri - akademik Vasif Babazadə və yer elmləri doktoru Şəhla Abdullayeva, Gürcüstan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun əməkdaşları S.Kekelia və M. Kekelia görkəmli alim Aleksandr Tvalçrelidze adına akademik mükafata layiq görülüblər.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, mükafat azərbaycanlı və gürcüstanlı alimlərə monoqrafiyalarına görə Gürcüstan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.