ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlər Gürcüstanda konfransda çıxış ediblər
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçiləri, fizika-riyaziyyat üzrə fəlsəfə doktorları Ədalət Ətayi və Bala Rəcəbov Gürcüstanda “Müasir astrofizikanın problemləri - II” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, konfransda azərbaycanlı alimlərin Yupiter və Saturn planetlərinin atmosferinin tədqiqinə dair məruzələri dinlənilib.
Konfransda çərçivəsində rəsədxananın əməkdaşları digər ölkələrdən tədbirə qatılmış alimlərlə gələcəkdə birgə maraq doğuran elmi-tədqiqat işlərinin yerinə yetirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]