ELM VƏ TƏHSİL


Azərbaycanlı alimlər Türkiyədə beynəlxalq elmi konfransda iştirak ediblər

Bakı, 8 may, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində Yıldız Texniki Universitetinin Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu ilə birgə “Riyazi nailiyyətlər və tətbiqlər” mövzusunda II beynəlxalq elmi konfransı keçirilib.

Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə bu elm müəssisəsinin “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalov və şöbənin böyük elmi işçisi, dosent Miqdad İsmayılov iştirak ediblər.

Konfransın plenar iclasında professor B. Bilalovun “Qüvvət şəklində çəkiyə malik çəkili Smirnov siniflərində Riman məsələsi”, dosent M. İsmayılovun “Grand-Lebeq fəzalarında eksponent və triqonometrik sistemlərin bazis xassələri” mövzularında məruzələri dinlənilib.

Alimlərimiz, eyni zamanda, professorlar Vərqa Kələntərov, Sofiene Tahar, Amiran Qoqatişvili, Lyoubomira Softova Palaqaçeva ilə görüşərək, qarşılıqlı elmi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.