ELM VƏ TƏHSİL


Azərbaycanlı alimlərin hazırladığı quruluş və simulyasiyalar əsasında yeni fotodiodlar hazırlanıb

Bakı, 28 oktyabr, AZƏRTAC

AZTURK-1 qrant çərçivəsində “Həssas fotodiod və bor örtüklü sintilatora əsaslanan yeni termal neytron detektorun hazırlanması” layihəsi üzrə AMEA-nın Radiasiya Problemləri İnstitutunun alimlərinin hazırladığı quruluş və simulyasiyalar əsasında Türkiyənin Bolu Abant İzzet Baysal Universitetinin Nüvə Detektorları və Araşdırma Mərkəzində yeni silisium əsaslı PİN fotodiodları hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan AZƏRTAC-a bildirilib ki, fotodiodların hazırlanma texnologiyasına nəzarət edilməsi üçün Radiasiya Problemləri İnstitutunun əməkdaşları Zirəddin Sadıqov və Fərid Əhmədov qrant çərçivəsində Nüvə Detektorları və Araşdırma Mərkəzinə ezam olunub. Yeni hazırlanan silisium əsaslı PİN fotodiodların parametrləri Radiasiya Problemləri İnstitutunun İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasında yerinə yetiriləcək.

Yeni hazırlanmış quruluşda 10 millimetr nazik titan təbəqəsinin istifadə edilməsi bu tip qeydedicilərin ultra bənövşəyi oblastda həssaslığının artmasına və yüklü zərrəcik detektorlarının hazırlanmasına imkan verəcək. Bu tip qeydedicilər nüvə fizikasında, radiasiya təhlükəsizliyində və sənayenin müxtəlif sahələrində uğurla tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.