ELM VƏ TƏHSİL


Azərbaycanlı alimlərin məqalələri yüksək impakt faktorlu jurnallarda dərc edilib

Bakı, 13 noyabr, AZƏRTAC

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Fiziki və fiziki-kimya tədqiqatlar şöbəsinin müdiri, kimya elmləri doktoru, professor Rəna Cəfərova, Spektroskopik analiz laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Yolçuyeva və aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru Mətləb Xamiyevin birlikdə apardıqları tədqiqatların nəticələrinə həsr olunmuş məqalələri yüksək impakt faktorlu “Petroleum Science and Engineering” (ELSEVİER) və “Applied Petrochemical Research” (Springer) jurnallarında dərc edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məqalələrdə yüksəkhəssaslıqlı spektral cihazların (UB-, İQ-, NMR-, xromato-kütlə spektrometrlər) və lüminessensiya metodunun kompleks tətbiqi ilə xam neftin aromatik komponentlərinin fiziki-kimyəvi, spektral-lüminessent xassələrinin, struktur-qrup tərkiblərinin tədqiqindən bəhs edilir. Həmçinin işıq şüalarının təsiri ilə neftin tərkibində baş verən dəyişikliklərin öyrənilməsi, eləcə də onlarda gedən fotokimyəvi proseslərin mexanizmlərinin araşdırılması və tətbiqi barədə məlumat verilir.

Xatırladaq ki, impakt faktoru 3,7 olan “Petroleum Science and Engineering” (ELSEVİER) və “Applied Petrochemical Research” (Springer) jurnalları “Web of science” beynəlxalq elmi bazasına daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.