ELM VƏ TƏHSİL


Azərbaycanlı alimlərin məqaləsi Fransanın elmi jurnalında dərc olunub

Bakı, 4 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və bu elmi müəssisənin beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovanın məqaləsi Fransada çıxan “Innovations regionales” elmi jurnalının payız buraxılışında dərc edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Əlyazma: İnsan əlinin ən böyük möcüzəsi” (“Manuscrit: Une des plus grandes merveilles de la main”) sərlövhəli məqalədə institutun fəaliyyətindən, qədim əlyazmaların toplanması, tədqiqi, mühafizəsi və təbliği sahəsində qazanılmış çoxillik təcrübədən, xüsusilə multidissiplinar əlyazmaların fənlərarası əhəmiyyətinin öyrənilməsi məsələlərindən bəhs olunur.

Bundan əlavə, institutun son illərdə genişlənməkdə olan beynəlxalq əlaqələrindən, o cümlədən UNESCO, Beynəlxalq Əlyazmalar Cəmiyyəti və İslam Əlyazmaları Cəmiyyəti kimi nüfuzlu təşkilatlarla qarşılıqlı münasibətlərindən söhbət açılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.