ELM VƏ TƏHSİL


Azərbaycanlı alimlərin məqaləsi impakt faktorlu jurnalda dərc edilib

Bakı, 18 mart, AZƏRTAC

Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin, həmin institutun dissertantı Bədəlov Xəyyam və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Cavanşir Həsənovun 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsinin proqramı çərçivəsində həmmüəllif olduqları məqalə dərc olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış "Mathematical Inequalities and Applications" (http://mia.ele-math.com/) 0.649 impakt faktorlu jurnalda dərc edilib.

“Dəyişən dərəcəli sıfırlanan ümumiləşmiş çəkili Morri fəzasında Riss potensialının kommutatoru” sərlövhəli məqalədə müəlliflərin əldə etdikləri nəticələr funksional fəzalar nəzəriyyəsi sahəsində çalışan aparıcı tədqiqatçıların diqqət mərkəzindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.