İDMAN


Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 16-da azərbaycanlı atletlər İstanbulda keçirilən XXIV qapalı məkanlarda Balkan oyunları beynəlxalq turnirində iştirak ediblər.

Azərbaycan Atletika Federasiyasının nümayəndəsi Ceyhun Hüseynov AZƏRTAC-a bildirib ki, azərbaycanlı atletlərdən Nazim Babayev yarışda üç təkanla tullanma növü üzrə gümüş medal qazanıb. Digər qız atletimiz Zəkiyyə Həsənova isə 60 metr məsafəyə qaçışda 7.37 saniyə ilə Azərbaycan rekordu vurub.

Qeyd edək ki, beynəlxalq turnirdə Əməkdar məşqçi Ceyhun Hüseynov və Ziyad Xəlfəliyevin rəhbərliyi altında Nazim Babayev, Teymur Salamlı, Yadulla İbrahimov, Səid Nəcəfzadə, Fəxriyyə Tağızadə, Zəkiyə Həsənova, Lamiyə Vəliyeva və Yelena Pextireva mübarizə aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.