İDMAN


Azərbaycanlı atletlər Minskdə keçiriləcək beynəlxalq yoldaşlıq turnirində mübarizə aparacaqlar

Bakı, 19 fevral, AZƏRTAC

Atletlərimiz fevralın 26-27-də Minsk keçiriləcək beynəlxalq yoldaşlıq turnirində iştirak edəcəklər.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirdə ölkəmizi Günel Hüseynova, Lamiyə Vəliyeva, Fəxriyyə Tağızadə, Yelena Pextireva, Sabrina Zralova, Teymur Salahzadə, Rüstəm Məmmədova, Ramiz Məlikov, Fizuli Talıbov və Aydın Bədəlov təmsil edəcəklər. Atletlərimiz turnirdə qaçış (60 m, 200 m, 400 m, 4x200m estafet), uzunluğa, hündürlüyə, üçtəkanla tullanma və nüvəitələmə yarışlarında məharətlərini nümayiş etdirəcəklər.

Milli komandamız baş məşqçi Nazim İsrafilov və Teymur Qasımovun rəhbərliyi ilə mübarizə aparacaq.

Turnirdə yarışların idarə olunmasında ölkəmizi respublika dərəcəli hakim, atletika üzrə Azərbaycan hakimlər kollegiyasının sədr müavini Ceyhun Hüseynov və Kənan Məhərrəmov təmsil edəcəklər.

Xatırladaq ki, I Avropa və IV İslam Həmrəyliyi oyunlarında atletika yarışları üzrə baş hakimin müavini olan K.Məhərrəmov iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalında da baş hakim kimi çalışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.