İDMAN


Azərbaycanlı badmintonçular İranda beynəlxalq turnirdə iştirak ediblər

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycanlı badmintonçular İranın Kərəc şəhərində keçirilən “Iran Fajr International Challenge 2019” turnirində çıxış ediblər.

Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “International Challange” seriyalı turnirdə geniş heyətlə çıxış edən milli komandamız kişilərin yarışında 10, qadınların mübarizəsində 4 badmintonçu ilə təmsil olunub. Komandamızın heyətində təcrübəli badmintonçular yer alsalar da, bəziləri “International Challenge” seriyalı turnirdə debüt ediblər.

Badmintonçularımızdan Edi Reski Dviçayo kişilərin şəxsi yarışında mübarizəyə əsas mərhələdən start verib. Dviçayo ilk görüşündə iranlı Mehran Şahbazi, ardınca onun həmyerlisi Mehdi Ansari üzərində 2:0 hesablı qələbə qazanıb. Edi səkkizdəbir finalda Malaziya təmsilçisi Tek Zi Sooya məğlub olub (0:2).

Mübarizəyə əsas mərhələdən başlayan Ezmi Qovimuramadhoni isə ilk görüşündə portuqaliyalı Bernardo Atilanoya 0:2 hesabı ilə uduzub. Bu kateqoriya üzrə təsnifat mərhələsində mübarizəyə başlayan badmintonçularımızın rəqibləri isə İran idmançıları olub. Cahid Əlhəsənov Şayan Rezarobobi (0:2), Vaqif İsmayılov Məhəmməd Pairavand (0:2), Aqil Qəbilov Mətin Moğimi (0:2), Rəvan Niftəliyev Əli Hüseynxani (0:2), Səbuhi Hüseynov isə Əlirza Qasemi (0:2) ilə görüşlərdə uduzaraq mübarizəni dayandırıblar.

Kişi badmintonçuların qoşa yarışında idmançılarımızdan Edi Reski Dviçayo – Ezmi Qovimuramadhoni tandemi turnirin dörddəbir final mərhələsinə kimi irəliləyib. Badmintonçularımız ən güclü səkkizliyə yüksəlmək üçün iranlı Arşia Amalkonande – İman Memarpur (2:0) ardıınca Tailand təmsilçiləri Mek Naronqrit – Şiraphat Pakyarunq cütlüyünə 2:1 hesabı ilə qalib gəliblər. Edi – Ezmi cütlüyü dörddəbir finalda indoneziyalı Riyanto Pramudya – Yakob Yeremiyaya 0:2 hesabı ilə uduzub.

Seyid Mircəfərov – Rəvan Rüstəmov onaltıdabir finalda Türkiyə idmançıları Sərdan Koca – Sərhat Səlim (0:2), Aqil Qəbilov – Rəvan Niftəliyev isə Çex Respublikası idmançıları Yaromir Yanaçek – Tomaş Svejda cütlüyünə (0:2) məğlub olublar. İlk görüşünü rəqibinin korta çıxmaması səbəbindən texniki qələbə ilə başa vuran Cahid Əlhəsənov – Səbuhi Hüseynov cütlüyü səkkizdəbir finalda Əlirza Kərəmi – Nima Rostampourlagaldani (İran) tandeminə uduzub (0:2).

Qadınların qoşa kateqoriyasında Nigar Əliyeva – Nərmin Şərifova iranlı Nazənin Bəşiri – Nastaran Kərəmi duetinə 0:2 hesabı ilə uduzub. Xavər Bayramova – Adilə Mehdiyeva tandemi isə Sayeh Xəlil Rəhman – Parnia Nabavi (İran) cütünə 0:2 hesabı ilə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.