CƏMİYYƏT


Azərbaycanlı baytarlar nodulyar dermatitə hazırlığın təminatı üzrə treninqdə iştirak edirlər

Bakı, 6 may, AZƏRTAC

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən işlənib hazırlanan nodulyar dermatit üzrə onlayn kursda 400-dən çox baytar iştirak edib.

FAO-nun regional bürosunda AZƏRTAC-a bildiriblər ki, Virtual Tədris Mərkəzinin bazasında rus dilində aparılan dörd həftəlik maarifləndirici təlim aprelin 7-də başlayıb.

FAO bütün dünyada, xüsusilə Avropa və Mərkəzi Asiya ölkələrində mümkün qədər daha çox baytara təlim keçməklə bu iribuynuzlu mal-qara xəstəliyi ilə mübarizədə kömək göstərir. Bu maarifləndirici kurs nodulyar dermatitin aşkarlanması, profilaktikası və bu xəstəliyə qarşı mübarizə sahəsində potensialın artırılması məqsədilə işlənib hazırlanıb.

Hədəf auditoriyası, ilk növbədə, bu xəstəliyin yaranması riski altında olan, yaxud hazırda yayılması müşahidə edilən ölkələrdən olan baytarlardır. Maarifləndirici kursun budəfəki iştirakçıları heyvanların sağlamlıqlarının müdafiəsi üzrə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan və Estoniyadan olan mütəxəssislərdir.

Nodulyar dermatit Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində uzun müddət ərzində yayılıb. Lakin son onilliklər xəstəlik əvvəlcə Yaxın Şərq ölkələri və Türkiyəyə keçərək tədricən yeni ərazilərə yayılmağa başladı. Profilaktika və nəzarət üzrə görülən tədbirlərə baxmayaraq, 2015-ci ildən isə Balkan ölkələrinin əksəriyyətində, Qafqazda və Rusiya Federasiyasında yayılmaqda davam edir. Xəstəlik heyvandarlıq təsərrüfatlarına ciddi ziyan vurmaqla, xüsusilə iribuynuzlu mal-qaradan asılı olan kənd yerlərində yaşayış vasitələri mənbəyi üçün dağıdıcı fəsadlar törədir.

Bundan əvvəl FAO standart tədris materialları (o cümlədən təqdimatlar və praktiki dərsliklər) işləyib hazırlayıb ki, bu materialları asanlıqla tərcümə edib ölkələrin spesifikasına uyğunlaşdırmaq və təlimçilərin öyrədilməsinin köməyi ilə baytarların böyük hissəsini əhatə etmək mümkündür. Belə təcrübə artıq Şimali Makedoniyada (2017-ci il), eləcə də Belarus, Moldova və Ukraynada (2018-ci il) həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.