MƏDƏNİYYƏT


Azərbaycanlı bəstəkarın əsəri “Georgian Cellos” ansamblı tərəfindən ifa olunub

Bakı, 19 fevral, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) aparıcı elmi işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, bəstəkar Rüfət Ramazanovun “Moizə” əsəri Gürcüstanda ifa edilib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, əsər Tbilisi şəhərində “Georgian Cellos” ( Gürcüstan violonçelləri) ansamblı tərəfindən səsləndirilib.

Qeyd edək ki, “sonorika” texnikası əsasında qələmə alınmış “Moizə” əsəri, məhz “Georgian Cellos” ansamblının təklifi ilə bəstələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.