İDMAN


Peşəkarlar arasında keçirilmiş döyüşdə boksçumuz qələbə qazanıb

Bakı, 13 iyun, AZƏRTAC

Peşəkarlar arasında keçirilmiş döyüşdə boksçumuz Fuad Tarverdi ilk qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, Əməkdar məşqçi Rəhim Allahverdiyevin yetirməsi Moskvada keçirilmiş döyüşdə qırğızıstanlı Saymik Mamadaliyevi üçüncü raundda texniki nokautla məğlub edib.

Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə yarışa qatılan F.Tarverdi “Qızıl əlcək” idman klubunun üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.