CƏMİYYƏT


Azərbaycanlı cərrah İbn Sina adına Buxara Dövlət Tibb Universitetinin fəxri professoru seçilib

Bakı, 20 sentyabr, AZƏRTAC

M.A.Topçubaçov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümov Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Təcili Tibbi Yardım üzrə Beynəlxalq Konqresdə iştirak edib. Azərbaycanlı cərrah konqresdə icra etdiyi nadir laparoskopik əməliyyatlar barədə məruzə ilə çıxış edib və konqres iştirakçıları üçün ustad dərsləri keçirib.

AZƏRTAC xəbər verir ki, Abu Ali İbn Sina adına Buxara Dövlət Tibb Universitetinin rektorunun dəvəti ilə Buxara şəhərinə səfər edib. Burada professor mühazirələrlə çıxış edib, universitet klinikasında mürəkkəb cərrahi əməliyyatlar icra etməklə ustad dərslər keçirib.

Professor Abu Ali İbn Sina adına Buxara Dövlət Tibb Universitetinin fəxri professoru adına layiq görülüb.

Qeyd edək ki, Q.Müslümov, eyni zamanda, Özbəkistanın Həkimləri Təkmilləşdirmə İnstitutunun fəxri professorudur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.