Azərbaycanlı cərrah beynəlxalq universitetlərin akkreditasiyasında iştirak edib
AzerTAg.az
Bakı, 10 may, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ümumi və plastik cərrahiyyə kafedrasının dosenti İlahə Əkbərova Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin dəvəti ilə növbəti dəfə beynəlxalq universitetlərin akkreditasiyasında iştirak edib.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İlahə Əkbərova Qazaxıstanın Çimkənd şəhərində yerləşən Cənubi Qazaxıstan Tibb Akademiyasının uşaq cərrahiyyəsi rezidentura proqramının qiymətləndirmə komissiyasında yer tutub.
Qeyd etmək lazımdır ki, dosent İlahə Əkbərova Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin ekspertidir, ölkəmizi təmsil edir və indiyədək bir neçə beynəlxalq universitetin akkreditasiyasının iştirakçısı olub.

Xəbərin mətnində orfoqrafik səhv var