İDMAN


Azərbaycanlı cüdoçunun ipponu “Böyük dəbilqə” turnirində ən yaxşı seçilib

Bakı, 18 may, AZƏRTAC

Beynəlxalq Cüdo Federasiyası Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” turnirində idmançıların yerinə yetirdikləri ən yaxşı ipponları təqdim edib.

AZƏRTAC xəbər verir ki, ilk beşlikdə Azərbaycanın iki cüdoçusunun təmiz qələbəyə səbəb olan fəndləri yer alıb.

Belə ki, Nicat Şıxəlizadənin (66 kq) yarımfinalda Monqolustan təmsilçisi Basxu Yondoperenleyə qarşı işlətdiyi fənd birinci olub. Telman Vəliyevin (73 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Denis Yartsevə qarşı işlətdiyi fənd isə dördüncü yerə layiq görülüb.

Qeyd edək ki, N.Şıxəlizadə "Böyük dəbilqə" beynəlxalq turnirində gümüş, T.Vəliyev isə bürünc medal qazanıb. Yarışda Hidayət Heydərov (73 kq) qızıl, Məmmədəli Mehdiyev (90 kq) gümüş, Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (78 kq) bürünc medala sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.