İDMAN


Azərbaycanlı cütlük Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarını altıncı pillədə başa vurub

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycanlı cütlük Maqsud Maqsudov və Nicat Mirzəyev Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında altıncı olub.

AZƏRTAC xəbər verir ki, 13-14 yaşlı gimnastlar arasında batut üzərində sinxron tullanış yarışlarının finalında cütlüyümüz hakimlərdən 33,830 xal alıb.

ABŞ komandası 46,470 xalla birinci, rusiyalı cütlük 45,930 xalla ikinci, Böyük Britaniya kollektivi 45,770 xalla üçüncü olublar.

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.