SİYASƏT


Azərbaycanlı deputat AŞPA-nın komitə iclasında məruzə ilə çıxış edəcək

Bakı, 25 may, AZƏRTAC 

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Məcburi köçkünlər və miqrasiya komitəsinin iclasında iştirak etmək üçün mayın 26-dan 30-dək İsveçrənin Sürix şəhərində səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə İsveçrədəki miqrantların, qaçqın və məcburi köçkünlərin inteqrasiyası və vəziyyəti, uşaq köçkünlərin polis nəzarətinə alınmasına son verilməsi, miqrant uşaqlara qarşı zorakılığın dayandırılması, Avropadakı qaçqın düşərgələrində dini azlıqlara qarşı diskriminasiya və zorakılıq mövzularında fikir mübadiləsi aparılacaq.

İclasda Sahibə Qafarovanın “Müşayiətsiz və tənha miqrant uşaqların effektiv himayəyə ehtiyacı” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.