Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanlı deputat: Erməni siyasətçilərin və ictimai xadimlərin nifrət nitqlərinə son qoyulmalıdır

Azərbaycanlı deputat: Erməni siyasətçilərin və ictimai xadimlərin nifrət nitqlərinə son qoyulmalıdır

Strasburq, 10 aprel, AZƏRTAC

Yerevan hər vəchlə sülh danışıqlarını pozmağa və işğal siyasətini davam etdirməyə çalışır. Azərbaycan müstəqilliyinin ilk illərindən münaqişəyə məruz qalıb. Bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bütün beynəlxalq təşkilatlar, eləcə də BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair çoxsaylı qətnamə və qərarlar qəbul edib. Lakin Ermənistan dövləti bu qərarlara və beynəlxalq ictimaiyyətin haqlı çağırışlarına etinasız yanaşır və işğalçılıq siyasətini davam etdirir. Azərbaycanın bu illər ərzində konstruktiv mövqeyinə və danışıqlara sadiq qalmasına baxmayaraq, Ermənistan rəhbərliyi münaqişənin həllinə mane olur, hər cür vəchlə danışıqlar prosesini pozmağa çalışır. Ermənistan dövlətinin rəhbər şəxslərinin münaqişənin həlli ilə bağlı aparılan danışıqları pozmağa yönəlmiş çıxış və bəyanatlarının şahidi olmuşuq. Hətta Ermənistanın keçmiş prezidenti Robert Koçaryan 2003-cü il yanvarın 16-da bu Assambleyada çıxışı zamanı "azərbaycanlılar və ermənilər birgə yaşamaq üçün etnik cəhətdən uyğun deyillər" deyə bəyanat vermişdi. Keçmiş prezident Serj Sarkisyan 2000-ci ildə ingilis jurnalist Tomas de Vaala müsahibəsində Xocalıda soyqırımı törətdiklərini etiraf edərək fəxrlə deyib ki, "Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”. Təəssüf ki, erməni dövlət başçıları ilə yanaşı, Ermənistanın ictimai-siyasi xadimlərinin, ziyalılarının da timsalında xalqlar arasında nifrət aşılayan bu cür çıxışlara rast gəlirik. Ona görə də əgər biz bütövlükdə regionda təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılmasını istəyiriksə, erməni siyasətçilərin və ictimai xadimlərin nifrət nitqlərinə son qoyulmasına nail olmalıyıq. Ancaq hər şeydən əvvəl işğalçılıq siyasəti və onun nəticələri aradan qaldırılmalıdır.

Bu fikirləri AŞPA-da “Nifrət və dözümsüzlüklə bağlı çıxışlara qarşı mübarizədə siyasi liderlərin rolu və məsuliyyətləri” mövzusuna dair birgə müzakirələrdə erməni deputata cavab olaraq Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib. O, Ermənistanın dövlət rəhbərlərinin nifrət aşılayan nitqlərini xatırladıb.

Deputat çıxışına davam edərək bildirib ki, son zamanlar Avropada nifrət nitqi və dözümsüzlük artıb. Nifrətlə dolu çıxışlar, irqçi zəmində düşmənçilik, antisemitizm, eləcə də nifrətin digər formalarına dair ifadələrin istifadəsi siyasi müzakirələrin bir hissəsinə çevrilib. Bəzi siyasətçilərin irqçiliyə, ksenofobiyaya söykənən fikirlər söyləməsi gələcəkdə təhlükəli nəticələrə səbəb ola bilər.

O qeyd edib ki, Avropada irqi, dini və etnik ayrı-seçkiliyin hökm sürməsi heç kimə xeyir gətirməyəcək. Siyasətçilər nifrətin yayılmasına qarşı mübarizədə vacib rol oynayırlar, bunun üçün mənəvi məsuliyyət daşıyırlar. Siyasətçilər və müəyyən ictimai vəzifə daşıyan, yüksək ictimai nüfuza malik şəxslər ayrı-seçkiliyi, nifrəti alovlandıran, təşviq edən çıxış və fikirlərdən qaçmalı, eyni zamanda, bu səpkidə olan çıxışlara qarşı etiraz səslərini ucaltmalıdırlar. İnsanları, xalqları, onların yaşam tərzini hədəf alan, inteqrasiya və birgəyaşayışa ciddi əngəllər törədən davranışlara və nitqlərə birmənalı şəkildə son verilməlidir. Çünki nifrət barış, təhlükəsizlik, birgəyaşayış mühitini pozur, cəmiyyətlər və xalqlar arasında gərginlik və münaqişələr ortaya çıxarır.

S.Qafarova vurğulayıb ki, nifrət nitqlərinin qarşısının alınmasında ən təsirli vasitə demokratiyanın, insan hüquqlarının və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsini və insan ləyaqətinə hörmət edən cəmiyyət modelini təşviq etməkdir.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub