SİYASƏT


Azərbaycanlı deputat: Mingəçevir su anbarını bombalamağa,yüz minlərlə azərbaycanlını qətlə yetirməyə çağıran erməni nümayəndənin çıxışı ikrah hissi doğurur

Strasburq, 22 iyun, AZƏRTAC

Azərbaycan, Rusiya və Ermənistan arasında ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyannamə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini rəhbər tutmaqla 30 illik münaqişəyə son qoydu.

Qonşu ölkənin nümayəndəsinin Azərbaycana qarşı əsassız iddialar səsləndirilməsi yalnız təəssüf doğurur. Aydın görünür ki, erməni həmkarımız beynəlxalq hüququn ən sadə prinsiplərindən belə xəbərsizdir. Xatırladıram ki, Azərbaycan, eləcə də Ermənistan Avropa Şurası Parlament Assambleyasına üzv olanda beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə qəbul olunublar və keçən il baş verən II Qarabağ müharibəsi ilə də Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, haqq və ədalət öz yerini tapdı. Nəhayət ki, regionumuzda sülh və stabillik bərpa olundu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyasında qurumdakı nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Bildirib ki, bir neçə ay əvvəl öz sosial media hesablarında regionun ən böyük su anbarı olan Azərbaycanın Mingəçevir su anbarını bombalamağa və yüz minlərlə azərbaycanlını qətlə yetirməyə çağırış edən Naira Zohrabyanın bu gün burada Azərbaycanı ittiham etməsi ikrah hissi doğurur.

“AŞPA sessiyasında Azərbaycana qarşı yönəldilmiş nifrət nitqi müsbət heç nə vəd etmir. Sülh və stabillik istəyənlər müharibənin artıq geridə qaldığını və münaqişənin həll olunduğunu qəbul etməlidirlər.

AŞPA platforması bizə dialoq imkanı yaradır. Bunu dəyərləndirmək lazımdır”, - deyə T.Gəncəliyev vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasbuq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.