SİYASƏT


Azərbaycanlı deputatın məruzəsi AŞPA-nın komitə iclasında qəbul edilib

Paris, 6 dekabr, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin dekabrın 6-da Parisdə keçirilən iclasında Milli Məclisin deputatı Sevinc Fətəliyevanın “Silahlı münaqişələrin qurbanı olan uşaqların müdafiəsi” adlı məruzəsi müzakirə olunaraq qəbul edilib.

AZƏRTAC xəbər verir ki, məruzədə dünyada uşaqların valideyn himayəsindən məhrum olmalarının, zorakılığa məruz qalmalarının, əlil olmalarının yeni fəsadlar yaradacağı və gələcək üçün çox təhlükəli olduğu qeyd edilir. Məruzədə bütün ölkələr mövcud vəziyyətlə bağlı tədbirlər görməyə çağırılır.

Xatırladaq ki, məruzə ilə bağlı təşəbbüs payız sessiyasında irəli sürülmüşdü və komitə üzvləri tərəfindən dəstəklənərək yüksək qiymətləndirilmişdi.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.