SİYASƏT
Azərbaycanlı deputatlar AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti seçiliblər
Strasburq, 27 iyun, AZƏRTAC
AŞPA-nın yay sessiyası çərçivəsində qurumun Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva qrupun vitse-prezidenti seçiliblər.
Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna ümumilikdə 5 nəfər seçilib. Azərbaycanlı deputatların Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi qrup üzvləri tərəfindən yekdilliklə dəstəklənib.
Deputatlar bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildirib və qrupu assambleyada daha da fəal təmsil edəcəklərini söyləyiblər. Qrupun iclası AŞPA-da müzakirəyə çıxarılan vacib məsələlərin müzakirəsi ilə davam edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq