CƏMİYYƏT


Azərbaycanlı ekspert BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi komitəsinin sədr müavini seçilib

Bakı, 16 fevral, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi komitəsinin 78-ci sessiyasında sədr müavini vəzifəsinə seçilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, ölkənin maraqlarının beynəlxalq qurumlarda nəzərə alınması, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası və beynəlxalq hüquq üzrə ekspertlərinin hazırlanması istiqamətində müəyyən işlər görülməkdədir. Elgün Səfərovun da beynəlxalq ekspert kimi BMT-nin komitəsinə sədr müavini seçilməsi məhz bu istiqamətdə görülən işlərin nəticəsidir. Elgün Səfərov 18 ilə yaxındır ki, insan hüquq və azadlıqlarının təmin edilməsi, beynəlxalq hüquq, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, beynəlxalq humanitar hüquq, qadın və uşaq hüquqlarının müdafiəsi və digər sahələr üzrə BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təşkilatlarda ölkəni təmsil edir. Ekspert uzun illər ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Avropa Şurasının Gender bərabərliyi Komissiyasının (2007-2018-ci illər) fəaliyyətində iştirak edib. E.Səfərov Bakı Dövlət Universitetində və Dövlət Gömrük Akademiyasında beynəlxalq hüquq, ailə hüququ, beynəlxalq humanitar hüquq və digər fənləri tədris edib. Ekspertin ingilis, rus və Azərbaycan dilində 50-dən çox elmi araşdırma və tədqiqatları çap edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.