MƏDƏNİYYƏT


Azərbaycanlı fotoqraf FEP-in mükafatına layiq görülüb

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycanlı fotoqraf Fərqanə Qasımlı Avropa Fotoqrafları Federasiyasının (FEP) “İlin Professional Fotoqrafı 2021” müsabiqəsində mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, FEP-in “İlin Professional Fotoqrafı 2021” müsabiqəsinin yekun nəticələri elan olunub. Müsabiqəyə 25 fərqli ölkədən qatılan fotoqraflar arasında idman kateqoriyası üzrə azərbaycanlı fotoqraf Fərqanə Qasımlı Top-10 finalisti olaraq “Distinction” və “Merit” mükafatlarına layiq görülüb. Qeyd edək ki, 2018-ci ildə Fərqanə Qasımlı FEP-dən “Avropa Fotoqrafı” (EP) kvalifikasiyasını qazanmışdır.

“FEP Awards” komandasının verdiyi məlumata görə, builki müsabiqə göndərilən səkillərin çoxluğu baxımından ən böyük müsabiqə olub: “25 fərqli ölkədən 300-dən çox fotoqrafdan 2600-dən çox səkil aldıq. 29 beynəlxalq hakimdən ibarət bir komanda və yarışın sədri Johan Brouvers ilə birlikdə bu fotoşəkillərin arasından ən yaxşısını seçmək üçün çox çalışdıq. Bütün qalibləri təbrik edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.