REGİONLAR
Azərbaycanlı gənc “Caspian” adlı avtomobil modelinin dizaynını hazırlayıb - FOTO
Bakı, 8 yanvar, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycanlı gənc yeni avtomobil modelinin dizaynını hazırlayıb.
“Caspian” adlanan avtomobil modelinin layihə rəhbəri və dizayneri Ramil Nəcəfovdur. O, 1992-ci ildə Şəkidə anadan olub. Modelin vizual görüntülərini 3D MAX proqramında Tamerlan Qəribov və Ağa İsmayılzadə işləyib.
Dizayner Ramil Nəcəfov AZƏRTAC-a bildirib ki, bu modeldə həcmi 1600 və 1700 kubsantimetr olan, 130-150 at gücündə və 5-6 slindirli müasir mühərriklər tətbiq oluna bilər. Həmçinin ABC əyləc sistemindən istifadə olunması da mümkündür. Ön və arxa stop lampaların müasir led-işıqlanma ilə təchiz olunması nəzərdə tutulur.
“Caspian”ın loqosunda qartal təsviri və dəniz dalğası həkk olunub.
Ramil Nəcəfovun sözlərinə görə, bu layihə təkmilləşdirilərək gələcəkdə yerli avtomobil sənayesinə, həmçinin dünya bazarına çıxarıla bilər. Bunun üçün investisiya lazımdır. O, bu layihəni işləməklə Azərbaycanda, eləcə də Xəzəryanı dövlətlərdə avtomobil istehsalı ilə məşğul olan şirkətlərin, investorların diqqətini çəkmək istəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:26]
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB
- 23.04.2024 [12:58]
Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO
- 23.04.2024 [10:17]
Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər
- 23.04.2024 [09:42]
Xankəndidə silah-sursat aşkarlanıb
- 22.04.2024 [22:06]
Ödənişli yolda qəza baş verib, yaralananlar var VİDEO
- 22.04.2024 [20:22]