MƏDƏNİYYƏT


Azərbaycanlı gənc fotoqraf “Paris Match” jurnalının tələbə fotoqraflar müsabiqəsinin qalibləri arasında

Paris, 27 iyun, AZƏRTAC

Paris şəhərinin meriyasında “Paris Match” jurnalının təşkil etdiyi tələbə fotoqraflar müsabiqəsinin təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, ölkəmizi nüfuzlu Speos Paris Fotoqrafiya İnstitutunun tələbəsi Maya Bağırova təmsil edib. O, 80 min namizəd arasından seçilmiş 22 finalçıdan biridir.

Finalçılar “Paris Match” jurnalının medalları ilə təltif olunublar.

Qeyd edək ki, Maya Bağırova Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür və Nərgiz Xeyriyyə Fondunun dəstəyi ilə təhsilini Speos Paris Fotoqrafiya İnstitutunda davam etdirir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.