CƏMİYYƏT


Azərbaycanlı gənc həkim Britaniyanın tibb jurnalının keçirdyi müsabiqənin qalibi olub

Bakı, 20 fevral, AZƏRTAC

Britaniyanın “British Medikal Journal” tibb jurnalı Learning üzrə müsabiqənin qalibini elan edib. Müsabiqənin şərtinə əsasən infeksion xəstəliklər üzrə 26 moduldan ibarət kursu tamamlamaq və həmin kursun faydası haqqında ingilis dilində videoçarx hazırlamaq lazım idi.

Səhiyyə nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin bazasında rezidentura təhsilini bu il başa vuran gənc həkim-infeksionist Hökümə Məmmədova müsabiqənin qalibi olub.

O, bu ilin martında Şotlandiyanın Qlazqo şəhərində keçirilən Səhiyyədə Keyfiyyət və Təhlükəsizlik üzrə Beynəlxalq Forumda iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.