ELM VƏ TƏHSİL


Azərbaycanlı gənc müəllimlər üçün Yaponiyada təlim proqramına sənəd qəbulu davam edir

Bakı, 23 yanvar, AZƏRTAC

Ümumtəhsil məktəblərinin müəllimləri üçün Yaponiyada “Gənc müəllimlər üçün təlim” (“Kyokensei”) proqramına sənəd qəbulu aparılır.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlim proqramında iştirak etmək istəyənlər yanvarın 29-dək müraciət edə bilərlər.

Qeyd edək ki, “Kyokensei” Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər üçün nəzərdə tutulub və onlara Yaponiyanın müəllimlərin yetişdirilməsi institutlarının təlimlərində iştirak etmək şansı verən magistratura səviyyəsi üzrə proqramdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.