MƏDƏNİYYƏT


Azərbaycanlı gənc müğənni “Voice of Nur-Sultan” beynəlxalq estrada festivalında iştirak edib VİDEO

Nur-Sultan, 27 oktyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtında oktyabrın 25-26-da “Voice of Nur-Sultan” beynəlxalq estrada festivalı keçirilib. Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşkil etdiyi festivalda Azərbaycan, Rusiya, Bolqarıstan, Ukrayna, Gürcüstan, Portuqaliya, Çin və Qazaxıstandan ifaçılar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Voice of Nur-Sultan” beynəlxalq estrada festivalı ölkənin birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə “2019-cu il gənclər ili” layihəsi çərçivəsində keçirilir.

Festivalda Azərbaycanı gənc müğənni Samirə Əfəndi təmsil edib. O, sözləri və bəstəsi özünə məxsus olan “Yol ayrıcı” mahnısını ifa edib.

Festivalın formatına görə, bütün iştirakçılar ikinci günü yerli estrada ulduzları ilə birgə qazax dilində mahnı ifa ediblər. Həmyerlimiz yerli estrada ulduzu Madi Sızdıkla “Eqiz lebiz” mahnısını duet oxuyub.

Qeyd edək ki, festival iştirakçı ölkələrlə dostluq münasibətlərini və mədəni əlaqələri daha da inkişaf etdirmək üçün yeni bir platformadır. Bundan başqa, gənc müğənnilərin özlərini ifadə edə, təcrübə qazana biləcəkləri və Qazaxıstanın vokal sənətinin inkişafına töhfə verəcəkləri imkandır.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.