MƏDƏNİYYƏT


Azərbaycanlı gənc şair Fuad Cəfərlinin “Kədərin şəkli” şeirlər kitabı özbək dilində işıq üzü görüb

Daşkənd, 24 yanvar, АZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə gənc Azərbaycan şairi Fuad Cəfərlinin “Kədərin şəkli” şeirlər kitabı özbək dilində işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitabdakı “Ön söz”ün müəllifi Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini, şair Qayrat Məcid, özbək dilinə çevirən tərcüməçi Şahista Kamranlıdır.

Qayrat Məcid “Ön söz”də Azərbaycan poeziyasının gənc nümayəndələrindən olan Fuad Cəfərlinin ədəbiyyatda özünəməxsus üslubu olduğunu qeyd edərək, onun özbək dilində ilk dəfə olaraq çap edilən şeirlər kitabının ədəbiyyatşünaslar, poeziyasevərlər tərəfindən maraqla qarşılanacağına əmin olduğunu bildirir.

Qeyd edək ki, Fuad Cəfərli Azərbaycan Prezidentinin təqaüdünə layiq görülüb. O, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin müşaviridir. Fuad Cəfərlinin şeirləri indiyədək türk, ingilis, rus, ispan və fars dillərinə tərcümə olunub.

Nəşr Özbəkistanın kitabxanalarına hədiyyə ediləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.