MƏDƏNİYYƏT


Azərbaycanlı gənc violin ifaçısı İsveçrədə yay kurslarında iştirak edib

Bakı, 4 sentyabr (AZƏRTAC). ÜzeyiR Hacıbəyli adına Bakı Musiqi Akademiyasının violin ixtisası üzrə tələbəsi, prezident təqaüdçüsü Osman Eyyublu İsveçrədə keçirilən “Crans Montana Classics” adlı violin üzrə yay kurslarında iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu kurslara dəvət edilmiş 12 ölkəni təmsil edən tələbələrə dünya şöhrətli violin ifaçılar ustad dərsləri keçiblər. Ustad dərslərində tələbələr müasir ifaçılıq sənəti və müxtəlif ifaçılıq məktəblərinin xüsusiyyətləri ilə yaxından tanış olublar.

Yay kurslarının təsisçisi professor Jean Bonvin, bədii rəhbəri tanınmış ifaçı, maestro Shlomo Mintzdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.