İQTİSADİYYAT
Azərbaycanlı gəncin Cənub Qaz Dəhlizinə dair məqaləsi “Modern Diplomacy” jurnalında dərc edilib
Bakı, 28 aprel, AZƏRTAC
Avropa İttifaqında fəaliyyət göstərən, beynəlxalq siyasi və iqtisadi mövzuların tədqiq olunduğu ingilisdilli “Modern Diplomacy” jurnalında Birləşmiş Krallığın Qlazqo Universitetinin magistrantı Nicat Muradzadənin “Qazın İpək yolu: Orta Asiyadan Avropaya enerji məsələsi” adlı məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın son illərdə Xəzəryanı bölgədə enerji xəritələrini əhəmiyyətli ölçüdə dəyişdirməsi, o cümlədən Avropa İttifaqı ilə səmərəli və çoxpredmetli münasibətlər yaradaraq enerji təminatında strateji ölkəyə çevrilməsi kimi məqamlar qeyd edilib. Bununla yanaşı, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə sözügedən sahədə Cənub Qaz Dəhlizi çərçivəsində qarşılıqlı əməkdaşlığının gələcək perspektivləri tədqiq olunaraq oxucuların diqqətinə çatdırılıb.
Yekunda Avropa İttifaqında enerji siyasətinin şaxələndirilməsi konteksində, müvafiq təsisatların etibarlı tərəfdaş olan Azərbaycanla əlaqələrinin daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]