ELM VƏ TƏHSİL


Azərbaycanlı gənclər Macarıstanda təhsil alacaqlar

Bakı, 2 oktyabr, AZƏRTAC 

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstan təhsil təqaüd proqramına seçimlər yekunlaşıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurum ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 174 nəfər Azərbaycan vətəndaşı bu tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə edib.

Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində qeyd olunan saziş üzrə 174 nəfər, o cümlədən 18 nəfər doktorantura (PhD), 134 nəfər magistratura, 22 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.

Təqaüdə layiq görülən tələbələr əsasən “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” və digərlər ali təhsil müəssisələrində təhsil alacaqlar.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari il fevralın 1-də verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.