ELM VƏ TƏHSİL


Azərbaycanlı gənclər Rumıniyada təhsil almaq imkanı qazanıblar

Bakı, 16 noyabr, AZƏRTAC

Rumıniyanın Milli Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair bağlanmış müqavilə əsasında 2020-2021-ci tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilən müsabiqə nəticəsində 5 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qalib namizədlər Rumıniyanın “University of Agronomic Sciences and Veterinary Medicine of Bucharest”, “Bucharest University of Economic Studies”, “University of Bucharest”, “University Oil Gas Ploieşti” və “Ovidius University of Constanta” ali təhsil müəssisələrində magistratura və doktorantura səviyyələrində biotexnologiya, təsviri incəsənət, neft-qaz çıxarılması, iqtisadiyyat və filologiya ixtisasları üzrə təhsil alacaqlar.

Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb ediləcəklər. Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.

Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə elan bu il martın 5-də verilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.