İDMAN


Azərbaycanlı gimnastlar Belarusda batut üzərində tullanma üzrə Dünya kubokunda çıxış edəcəklər

Bakı, 9 sentyabr (AZƏRTAC). Sentyabrın 12-13-də Minskdə batut üzərində tullanma üzrə Dünya Kuboku keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarışlarda ölkəmizi dörd idmançı – Oleq Piunov, İlya Qrişunin, Ruslan Ağamirov və Səbinə Zaytseva təmsil edəcək. Gimnastların hərəkətlərinə məşqçi Vladimir Şulikin nəzarət edəcək, hakimlər korpusunda ölkəmizin nümayəndəsi isə Adil Hüseynzadə olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.