İDMAN


Azərbaycanlı güləşçi Tokio Olimpiadasında Ukraynanı təmsil edəcək

Kiyev, 11 may, AZƏRTAC

Yayda Tokioda keçiriləcək Olimpiya oyunlarında Ukraynanı təmsil edəcək güləşçilər arasında azərbaycanlı Pərviz Nəsibov da var. Bu barədə məlumat Ukrayna Güləş Federasiyasının Tokioya aparılacaq güləşçilərinin siyahısında yer alıb.

AZƏRTAC xəbər verir ki, həmyerlimiz 67 kiloqram çəki dərəcəsində yunan-roma güləş növü üzrə gücünü sınayacaq.

Ukraynanı Tokioda 18 çəki kateqoriyasından cəmi 10 çəki üzrə güləşçi təmsil edəcək ki, bu da ölkə tarixində ən pis göstəricidir. Belə ki, bundan öncə güləşçilər Olimpiadaya ən az lisenziyanı 2012-ci il London Olimpiadasında qazanmışdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.