İDMAN


Azərbaycanlı hakim “Allianz”-“Mladost Ribola” oyununu idarə edəcək

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

AZƏRTAC xəbər verir ki, həmyerlimiz kişi voleybolçular arasında Çağırış kuboku yarışlarında mübarizə aparan İtaliyanın “Allianz” və Xorvatiyanın “Mladost Ribola” komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Həmyerlimizə ispaniyalı Antonio Fernando Korrea Benitez kömək edəcək.

Turnirin 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək görüş fevralın 13-də İtaliyanın Milan şəhərində təşkil olunacaq. Komandalar arasında yanvarın 29-da Xorvatiyada keçiriləcək birinci oyunda isə həmyerlimiz Fikrət Axundov ikinci hakim funksiyasını yerinə yetirəcək. Görüşün baş hakimi danimarkalı Ellen Mari Burheim olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.