İDMAN


Azərbaycanlı hakim “Benfika”-“Beloqore” oyununa təyinat alıb

Bakı, 12 fevral, AZƏRTAC

Azərbaycanlı hakim Fikrət Axundov kişi voleybol komandaları arasında Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarına təyinat alıb.

AZƏRTAC CEV-ə istinadla xəbər verir ki, təmsilçimiz turnirin dörddəbir final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Benfika” (Portuqaliya)-“Beloqore” (Rusiya) qarşılaşmasında ikinci hakim funksiyasını yerinə yetirəcək. Görüşün baş hakimi bolqarıstanlı MartinYanakiev olacaq.

Oyun fevralın 13-də Portuqaliyanın paytaxtı Lissabon şəhərindəki “Sports Hall Benfika” Arenada keçiriləcək.

Qeyd edək ki, komandalar arasında Rusiyada təşkil olunan ilk oyunda “Beloqore” qələbə qazanıb – 3:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.