İDMAN


Azərbaycanlı hakim İstanbulda Çempionlar Liqasının oyununu idarə edəcək

Azərbaycanlı hakim İstanbulda Çempionlar Liqasının oyununu idarə edəcək

Bakı, 16 yanvar, AZƏRTAC

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakimə təyinat göndərib.

AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov yanvarın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının D qrupunun matçını idarə edəcək.

E.Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbağça Opet” (Türkiyə) - “Allianz MTV Ştutqart” (Almaniya) klublarının qarşılaşmasında baş hakim olacaq. Oyunda ikinci hakim funksiyasını rumıniyalı Pol Katalin Şabo-Aleksi yerinə yetirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.