İDMAN


Azərbaycanlı hakim “Trefl”-“Zenit” oyununu idarə edəcək

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycanlı hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqası yarışlarına təyinat alıb.

AZƏRTAC xəbər verir ki, həmyerlimiz turnirin dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Trefl” (Polşa)-“Zenit” (Kazan, Rusiya) görüşünün baş hakimi olacaq. Ona slovakiyalı Blaz Markelj kömək edəcək.

“Trefl”-“Zenit” oyunu martın 13-də Polşanın Qdansk şəhərindəki “Hala Ergo Arena”da keçiriləcək. Komandalar arasında cavab görüşü martın 19-da Kazanda təşkil olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.