CƏMİYYƏT


Azərbaycanlı həkim-kardioloqun məqaləsi İspaniyada nəşr olunan jurnalda dərc edilib

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim kardioloqu, tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmovanın məqaləsi İspaniyada nəşr olunan “European Journal of Heart Failure” jurnalında dərc edilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə ürək çatışmazlığı xəstələrində görüntüləmə metodlarından istifadə etməklə revaskulyarizasiya strategiyasını təmin etməyin yollarından bəhs olunur.

Məqalənin müəllifi deyib: “İnfarkt keçirmiş xəstələr üzərində "damar açılması" (revaskulyarizasiaya) aparılmalı, prosedurun (stent implantasiyası) və ya əməliyyatın uğurlu olmasını proqnozlaşdırmaq mümkündür. Məqalə bununla əlaqədar görüntüləmə metodlarını tətbiq edilməsinə həsr olunub. Aparılan müayinə nəticəsində xəstəyə ən uyğun müalicə strategiyası seçilir”.

Qeyd edək ki, həkim-kardioloq Yasmin Rüstəmovanın ölkəmizdə ilk dəfə tətbiq etdiyi həmin müayinə üsulu ürək çatışmazlığı xəstəliyindən azad olmaq imkanı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.